ABŞ-nin Nyu-York şəhərindəki “Sothebys” hərrac evində İtalyan rəssam Maurizio Cattelanın 101 kq ağırlığında, 18 karatlıq qızıldan hazırlanan unitazı satışa çıxarılıb. "Amerika" adlanan bu əsər 12,1 milyon dollara satılıb. Unitazı alan şəxsin adı açıqlanmayıb.
Sherg.az xəbər verir ki, Cattelan unitazı sərgiləməkdə məqsədinin ABŞ-dəki ekstremal zənginliyi satirik şəkildə tənqid etmək olduğunu bildirib. Rəssam bir dəfə zarafatla demişdi: “200 dollarlıq nahar da yesən, 2 dollarlıq sosisli sendviç də yesən, nəticə unitaz baxımından eynidir.”
Qeyd edək ki, bu unitaz Cattelanın 2016-cı ildə yaratdığı iki unitazdan biridir. Digəri isə İngiltərədə Blenheim Sarayında oğurlanmışdı və tapılmayıb, güman olunur ki, əridilərək parçalanıb.
Bundan əvvəl Cattelanın "Comedian" adlı əsəri, divara yapışdırılmış bir banan - 2024-cü ildə Sothebys-də 6,2 milyon dollara satılmışdı.