İtaliyanın Stelvio Milli Parkında 210 milyon il əvvəl yaşamış nəhəng dinozorlara aid minlərlə ayaq izi aşkar edilib. Sherg.az xəbər verir ki, izlərin bəzilərinin diametri 40 sm-ə çatır və prosauropodlar -uzun boyunlu, kiçik başlı, kəskin dırnaqlı otoburlar olduğu ehtimal edilir.
Ayaq izləri paralel sətirlər üzrə düzülüb və bir çoxunda barmaq və dırnaq izləri açıq görünür. Bu kəşf, dinozorlarn iki ayaqla gəzdiyini, bəzi hallarda isə ön ayaqlarını da yerə qoyduğunu göstərir.
İlk dəfə sentyabr ayında fotoqraf Elio Della Ferrera Stelvio Milli Parkında dik dağ divarında yüzlərlə metr uzanan ayaq izlərini müşahidə edib. O, deyib ki, bu kəşf insanların yaşadıqları məkan və planet haqqında nə qədər az məlumat sahibi olduqlarını göstərmiş olur.