
AİB sədri: Xaotik mal bazarları ləğv olunmalıdır
12:34 05.05.2025
Cəmiyyət
495
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən "Ticarət Mərkəzi" MMC-yə məxsus heyvan satışı bazarında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa Günəş şüaları altında saxlandığı, əlyuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Sherg.az-a bildirib ki, dörd il öncə Qida Təhlükəsizliyi Agentliyində İctimai Şurada olan zaman heyvanların necə gəldi satılması ilə bağlı ciddi mübahisələr edirdim:

“Tənqidlərə rəğmən dedilər ki, iki il ərzində heyvanların identifikasiyasını tam həyata keçirəcəyik və bundan sonra məsələlər düzələcək. Yəni heyvan dünyaya gələndən onların qulağına dirka vurulacaq və kompüterdə izləmə olacaq. Hansı heyvana hansı baytarlıq dərmanları vurulub və nə vaxt yoxlanıldığı tam kəsilənə qədər izləniləcək və Nazirlər Kabinetinin 94 saylı qərarı yerinə yetiriləcək, ətlər paketlərdə olacaq və üzərində buraxılma tarixi hansı fermer təsərrüfatında kəsildiyi qeyd ediləcək. Qida Təhlükəsizliyi Agentliyi heyvanların identifikasiyası məsələsinə heç bir faizdə nail ola bilməyib. Xüsusən də fərdi kənd təsərrüfatlarında bu məsələ yox səviyyəsindədir. Əslində belə xaotik mal bazarları ləğv olunmalıdır. Heyvanlar müəyyən nəzarət altına alınıb kəsilməli və marketlərə çıxarılmalıdır. Lakin biz görürük ki, küçə kəsimi davam edir və Bakı şəhərində küçə kəsimi var. Bunlara son qoymaq lazımdır. Bunun da mövcudluğunun səbəbi odur ki, istehlakçılarla yaxşı maarifləndirmə işi aparılmır. Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara inamını qazana bildirmir. Ona görə insanlar gözləri ilə gördüyünə üstünlük verir və buradan da mal bazarları meydana çıxır. Bazarlarda müəyyən qayda qanunlar yaradılmalı və ətlər kəsiləndən sonra bir neçə saat xüsusi temperaturda soyudulmalıdır. Malların saxlanma temperaturu məsələsi ciddi problemlərdən biridir. Qida Təhlükəsizliyi Agentliyi nə qədər çalışsa, da qəssablardakı vəziyyəti düzəldə bilmir. Ət alan zaman, ətin təzə olduğuna fikir vermək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya