KİV: ABŞ Türkiyənin icazəsi olmadan Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirə bilməz
11:07 03.08.2025
Gündəm
373
ABŞ Montrö Konvensiyasına uyğun olaraq, Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirmək üçün Türkiyədən icazə almalıdır.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Türkiye” qəzeti beynəlxalq hüquq üzrə ekspertlərə istinadən yazıb.
ABŞ Prezidenti Donald Tramp avqustun 1-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin aqressiv bəyanatlarından sonra iki nüvə sualtı qayığının müvafiq bölgələrə göndərilməsi barədə göstəriş verdiyini bildirib. Sonra o, həmin ərazilərə göndərdiyi nüvə sualtı qayıqlarının indi Rusiyaya daha yaxın olduğunu açıqlayıb.
Nəşr yazır: “Əgər ABŞ Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirmək istəyirsə... onlar Montrö Boğazları Konvensiyasına uyğun olaraq Türkiyədən icazə almalıdırlar”.
Beynəlxalq hüquq eksperti Hakkı Hakan Erkiner qeyd edib ki, konvensiya hərbi gəmilərin Qara dənizə daxil olmasını və onların bölgədə qalma müddətini məhdudlaşdıran təhlükəsizlik rejimini nəzərdə tutur.
"Türkiyənin belə bir icazə verəcəyini qətiyyən düşünmürəm" - ekspert bildirib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan Türkiyə Montrö Konvensiyasının ona verdiyi səlahiyyətlərdən istifadə edib və boğazlarından hərbi gəmilərin keçməsini qadağan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq