
Tramp-Putin görüşündə bəzi razılaşmaların əldə olunması mümkündür -POLİTOLOQ
12:00 20.10.2025
Dünya
483
Çünki Putinin təklifi Tramp üçün müəyyən mənada cəlbedici görünür
Budapeşt sammitindən müsbət nəticələr gözləmək real görünmür
Dünya yenidən böyük güclərin diplomatik qarşıdurmasının şahidi olmağa hazırlaşır. Ukrayna müharibəsi ilə bağlı gərgin beynəlxalq vəziyyət fonunda Budapeştdə planlaşdırılan Trampla Putin arasında görüş, mümkün sülh razılaşması baxımından xüsusi diqqət cəlb edir. Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə təşkil olunan bu görüş, təkcə iki lider arasında siyasi dialoq deyil, eyni zamanda münaqişənin gələcək taleyini müəyyən edə biləcək bir platforma kimi qiymətləndirilir. Danışıqların gündəmindəki təkliflər, həm regional, həm də qlobal güc balansına təsir edə biləcək xarakter daşıyır. Ancaq sülhə gedən yol nə qədər realdır və hansı güzəştlər fonunda mümkün olacağı sual doğurur.
Politoloq Məhəmməd Əsədullzadə Sherg.az-a açıqlamasında görüşün Putinin təşəbbüsü ilə planlaşdırıldığını və hazırda xarici işlər nazirlərinin bu istiqamətdə hazırlıq işləri apardığını söyləyib:

"Danışıqların əsas mövzusu məlumdur. Putin təklif edəcək ki, Donbas bölgəsinin Rusiyaya verilməsi müqabilində atəşkəs elan olunsun. Prezident Zelenski isə bildirib ki, o da üçtərəfli görüşdə iştirak etməyə hazırdır. Lakin Putin bu formatda-yəni Zelenskinin də iştirak etdiyi görüşdə iştiraka maraqlı deyil. Trampla Putinin təkbətək görüşündə müəyyən razılaşmaların əldə olunması mümkündür. Çünki Putinin təklifi Tramp üçün müəyyən mənada cəlbedici görünür. Eyni zamanda, Tramp Zelenskinin təklif etdiyi indiki təmas xəttində dayanmaqla atəşkəsin əldə olunması variantını da prinsipcə qəbul edir".
Ekspert Ukraynanın Rusiya ilə hər hansı güzəştə getmək planının olmadığını bildirib:
"Avropa ölkələri də buna imkan verməz. Eyni zamanda, Rusiya da müəyyən öhdəliklər götürməlidir. Putin bu təkliflə Trampı müəyyən mənada dilemma qarşısında qoyur. Trampa sülh və atəşkəs elan etmək lazımdır, çünki bu onun üçün siyasi dividentlər gətirə bilər. Ancaq yarımçıq bir razılaşma, yəni yalnız Donbas məsələsi ilə məhdudlaşan atəşkəs iki dövlət və xalq arasında müharibənin davam etməsinə gətirib çıxara bilər.
Qəzzə ilə bağlı keçirilən sammit də buna nümunədir. Atəşkəs elan olundu, lakin yerinə yetirilmədi. Bu baxımdan, Budapeşt sammitindən də ciddi müsbət nəticələr gözləmək real görünmür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya