Kütahiyada yarım əsrdən çoxdur dərziliklə məşğul olan 67 yaşlı Himmet Kalkan bu sənətin tədricən yox olmağa başladığını deyib.
Himmet Kalkan bildirib ki, keçmişdə emalatxanalarda bir neçə usta bir yerdə işləyirdi: “İndi o işlər bitdi. Yeni nəsil yetişmir, yetişdirmək də çətindir,” - deyə vurğulayıb.
Sherg.az xəbər verir ki, peşəyə olan marağın azalmasını təhsil sistemindəki dəyişikliklərlə əlaqələndirən Kalkan əlavə edib: “Əvvəllər ibtidai məktəbi bitirən uşaqlar sənətə yönəlirdi. İndi məktəblər uzanıb, sənətə gələn qalmayıb. Bir də bu işdə əvvəlki kimi pul yoxdur.”
1981-ci ildən bəri eyni ünvanda və eyni tikiş maşınları ilə işlədiyini deyən usta dərzi, 50 ilə yaxın yaşı olan bu maşınları sanki birer xatirə kimi qoruduğunu bildirib.
Peşəsini davam etdirməkdə qərarlı olduğunu vurğulayan Kalkan, əl əməyinin unudulmaması lazım gəldiyini qeyd edərək gəncləri sənətkarlığa yönəlməyə çağırıb.