7 ay davam edən qış: Norveçlilər qənaətlə isinmənin sirrini bilir
16:11 30.10.2025
Maraqlı
385
Norveç kimi ilin böyük hissəsində şaxtalı havaların hökm sürdüyü ölkələrdə enerji xərcləri ciddi problem yaradır. Lakin norveçlilər bahalı sistemlər yerinə sadə, lakin ağıllı üsul tapıblar: evi qızdırmaq yox, istiliyi qorumaq.
Sherg.az xəbər verir ki, bu yanaşma sayəsində həm enerji sərfiyyatı azalır, həm də evlər təbii istiliyini uzun müddət saxlayır.
Norveçlilərə görə, əsas məsələ daha çox yanacaq yandırmaq deyil, istinin qaçmasının qarşısını almaqdır. Yeni tikilən evlərdə soyuğun içəri girməməsi əsas prinsip sayılır. Betonun altına və yan divarlara yerləşdirilən XPS panellər torpağın soyuq təsirini kəsir, su keçirmədiyi üçün illərlə effektivliyini qoruyur. Beləcə, zəmin daim neytral istilikdə qalır və insanlar çılpaq ayaqla belə üşümür.
Parket altına əlavə edilən yansıdıcı folyo otaqdakı istiliyi geri əks etdirir, günəşdən gələn istilik də itmir. Nəticədə ev daha uzun müddət eyni temperaturda qalır. Norveçdə həmçinin geniş səthli radiatorlar istifadə olunur. Bu sistemdə suyun çox qızdırılmasına ehtiyac qalmır. Məsələn, 75 dərəcə yerinə 45 dərəcə su temperaturu eyni nəticəni verir. Bu da enerji qənaətini artırır, xərcləri azaldır.
Mütəxəssislər bu yanaşmanı “passiv isinmə” adlandırır: ev özü istiliyini qoruyur, kombi daha az işləyir, otaqlar bərabər temperaturda qalır. Nəticə etibarilə həm təbiət qorunur, həm də ailə büdcəsi yüngülləşir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan müharibə xəbərdarlığı etdi
15:46 12.05.2026
Dünya
Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM
14:48 12.05.2026
İqtisadiyyat
Naim Qasım: Livanı İsrail üçün cəhənnəmə çevirəcəyik
14:39 12.05.2026
Gündəm
Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib
14:36 12.05.2026
Gündəm
Rusiyada məktəbdə atışma olub, yaralılar var
13:51 12.05.2026
Hadisə
Tehran-Bakı reyslərinin sayı gələn həftədən artırılacaq
13:36 12.05.2026
Gündəm
Azərbaycanda inflyasiya 5,6% artıb
13:24 12.05.2026
İqtisadiyyat
Ərdoğan Qazaxıstana səfər edəcək
13:14 12.05.2026
Gündəm
İran uranı 90 faizədək zənginləşdirə bilər
12:41 12.05.2026
Dünya
Avropa klublarını Tovuza gətirənlərə eşq olsun! - Fazil Mustafa
12:40 12.05.2026
Futbol
İran ABŞ ilə danışıqları mümkün hesab edir
12:27 12.05.2026
Gündəm
Xocavəndə növbəti köç karvanında 18 ailə yola salınıb
12:11 12.05.2026
Qarabağ
Ötən həftə 71 piyada əleyhinə mina zərərsizləşdirildi
11:19 12.05.2026
Hadisə