Avtomobil şüşələrindəki buzlaşmaya sadə çözüm

Qış aylarında sürücülərin ən çox üzləşdiyi problemlərdən biri avtomobillərinin buz tutmuş ön şüşələrdir. Ekspertlər bu buzlanmanı önləmək üçün təbii və praktik bir üsul tövsiyə edir: xiyar.

Sherg.az xəbər verir ki, xiyarın təbii yağları şüşə səthində nazik bir təbəqə yaradaraq suyun donmasını gecikdirir. Metod çox sadədir: xiyarı iki yerə bölüb şüşənin üzərinə sürtmək kifayətdir. Bu təbəqə həm buzlaşmanı əngəlləyir, həm də avtomobil işləyəndə əmələ gələn buğu miqdarını azaldır.

Eyni zamanda, iç şüşədəkı buğu da bu üsulla azalır. Sosial mediada və avtomobil forumlarında paylaşılmış bu üsul sürücülər tərəfindən rahat və effektiv həll kimi qiymətləndirilir.