Bəzı bürclər xarakter xüsusiyyətlərinə görə “risk qrupuna” daha yaxın dayanır. Sosial çeviklik, müstəqillik ehtiyacı, impulsiv davranışlar və emosional dəyişkənlik bu riski artıran əsas amillər kimi göstərilir.
Sherg.az Sfera.az-a istinadən xəyanətə meyilli bürcləri təqdim edir:
Əkizlər
Əkizlər ən dəyişkən bürclərdən biri kimi təqdim edir. Onların müxtəlifliyə açıq olması, tez darıxması və emosional dəyişkənliyi uzunmüddətli münasibətlərdə sabitliyin pozulmasına səbəb ola bilər. Bu da bəzi hallarda başqa insanlara yönəlmə ehtimalını artırır.
Oxatan
Azadlıq və macəra ruhu ilə tanınan Oxatanların bağlanma qorxusu tez-tez vurğulanır. Münasibətdə sıxılmaq və məhdudiyyət hissi onlar üçün böyük stres yaradır. Məhz buna görə xarici təhlillər Oxatanları “xəyanət riski yüksək” kateqoriyasına daxil edir.
Qoç
Enerji, impulsivlik və ehtiras Qoç bürcünün aparıcı xüsusiyyətləridir. Astroloqlara görə, onların ani qərarlar verməsi və “indi və dərhal” yanaşması emosional nəzarəti çətinləşdirə bilər. Bu isə münasibətdə gərginlik yarandıqda xəyanət riskini artırır.
Şir
Şir bürcü diqqət və heyranlıq ehtiyacı ilə tanınır. Münasibətdə kifayət qədər dəyər görmədiklərini düşündükdə, Şirlər başqa diqqət mənbələrinə yönəlməyə daha meylli ola bilər.
Dolça
Emosional məsafə və sərbəstlik Dolça bürcünün təməl xarakteridir. Onları ənənəvi münasibət çərçivəsinə salmaq çətin olduğundan, bağlanma problemi yarandıqda yeni tanışlıqlara açıq davranmaq ehtimalı artır.
Əqrəb
Əqrəblər emosional olaraq çox dərin və intensiv bürc kimi tanınır. Bu intensivlik bəzən güvənsizlik və şübhə ilə müşayiət olunur. Münasibətdə emosional balans pozularsa, xəyanət ehtimalı yüksələ bilər.