“Çiçəklərin anası” kimi tanınır - qiyməti 1500 lirəyə

Qış aylarının simvoluna çevrilən və “çiçəklərin anası” adlandırılan nərgiz çiçəyinə maraq yüksək olaraq qalır. Yalnız yanvar–fevral aylarında yetişən nərgiz özünəməxsus ətri və nadirliyi ilə seçilir, bu da tələbatı artırır.

Çiçəkçilərin bildirdiyinə görə, Türkiyədə nərgizin satış qiyməti hazırda 1000- 1500 lirə arasında dəyişir. Mədəni və mənəvi dəyərə malik olan nərgiz sevgi, hörmət, sədaqət və yenidən doğuluşu simvolizə etdiyi üçün daha çox dəyər verilən insanlara hədiyyə edilir.