Çoban tapdı, insan fiqurlu məzar qoruma altına alındı

Muğlanın Seydikemer rayonunda keçi otaran çobanının meşəlik ərazidə tapdığı insan fiqurlu məzar daşı qoruma altına alınıb və Fethiye Muzeyində sərgilənəcək. 

Sherg.az xəbər verir ki, çəkisi təxminən 300 kiloqram olan daş fiqur mütəxəssislər tərəfindən əvvəlcə zərər görməsin deyə torpağa basdırılıb, əraziyə fototələ yerləşdirilib. Daha sonra arxeoloqlar çətin relyefdən 7 saata daşıyaraq muzeyə gətiriblər.

Arxeoloq Ahmet Mekenin sözlərinə görə, daş Roma dövrünə-miladdan sonra I-III əsrlərə aiddir. Ön üzündə qadın və kişi fiquru, yan hissəsində isə çələng təsviri var. Çələng həmin şəxsin icmada nüfuzlu biri olduğunu göstərir. Kitabədə ölən şəxs barədə məlumatlar yer alır.

Meke bildirib ki, belə tapıntılar aşkarlananda dərhal müzeyə və ya hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Stel konservasiya işlərindən sonra muzeydə sərgilənəcək.