Dəri vasitəsilə nəfəs alırlar, donaraq sağ qalırlar

Fövqəladə bioloji xüsusiyyətlərlə alimləri də heyrətləndirir

Qurbağalar çox vaxt yalnız tullanıb sıçrayan kiçik canlılar kimi qəbul edilsə də, əslində dünyanın ən maraqlı adaptasiyalara sahib növlərindən biridir. Dərilərindən su udmalarından tutmuş, donaraq sağ qalma qabiliyyətlərinə qədər bir çox xüsusiyyətləri hələ də araşdırılır.:

Sherg.az xəbər verir ki, göllərin və yağış meşələrinin görünməz qəhrəmanları olan qurbağalar, sahib olduqları fövqəladə bioloji xüsusiyyətlərlə alimləri də heyrətləndirir. Həm suya, həm də quruya uyğunlaşan bu amfibiyalar, sağ qalma üsulları ilə əsl təbiət möcüzəsidir.

Qurbağalar yalnız ağciyərləri ilə deyil, dəriləri vasitəsilə də oksigen alır. Dərilərinin nəmli olması həyati əhəmiyyət kəsb edir; çünki quru dəri nəfəs almanı ciddi şəkildə çətinləşdirir.

Qurbağalar su içmirlər. Ehtiyac duyduqları suyu qarın bölgəsindəki nazik dəridən, “içmə yaması” adlanan xüsusi strukturdən udurlar. Bu xüsusi quruluş yağışdan sonra sürətlə su toplamağa imkan verir.

Zəhərli ox qurbağaları kiçik bədənlərinə baxmayaraq insanı belə öldürə biləcək qədər güclü toksinlər daşıyır. Bu zəhər adətən onların qidalanma üsullarından qaynaqlanır.

Qurbağalar yemək yeyərkən gözlərini içəri doğru itələyərək ağız boşluğunu dəstəkləyirlər. Bu hərəkət ovun udulmasını asanlaşdırır.

Qurbağaların dilləri bir milisaniyədə bir milçəyi tutacaq qədər sürətlidir. Yapışqan səthi sayəsində ovlarını dərhal tutur.

Bəzi qurbağalar bədən temperaturuna, stresə və ya işığa bağlı olaraq rəng dəyişə bilir. Bu qabiliyyət həm müdafiə, həm də istilik tənzimləməsi üçün istifadə olunur.

Qurbağaların yanaqlarının dərhal arxasında görünən dairəvi quruluş dış qulaq pərdəsidir. Bu pərdə həm istiqaməti müəyyən etməyə, həm də yüksək səsli çağrıları süzməyə kömək edir.

Bəzi növlər öz bədən uzunluqlarının onlarla qatına qədər tullanabilir. Bu, həm qaçmaq, həm də ovlamaq üçün həyati bir üstünlükdür.

Bəzi qurbağalar donaraq qış yuxusuna gedə bilir. Bədənlərindəki xüsusi maddələr hüceyrələrin buz kristalları tərəfindən zədələnməsinin qarşısını alır.

Qurbağalar metamorfozun ən aydın nümunələrindən biridir. Suda solungaçlarla başlayan həyat, quruya keçdikdə ağciyərlərlə davam edir.