Rus imperiyasının zərgərlik ustası Fabergenin ən parlaq əsərlərindən olan “Qış Yumurtası” gələn həftə Londonda keçiriləcək hərracda ən az 20 milyon funt sterlinqlə yeni satış rekorduna hazırlaşır.
Sherg.az xəbər verir ki, 1913-cü ildə II Nikolay tərəfindən anasına Pasxa hədiyyəsi kimi hazırlanan bu qiymətli yumurta, 20 ildən artıq bir müddət sonra ilk dəfə açıq satışa çıxır. Kristal dağ daşından oyulmuş əsərin içində buz kristalı naxışları, əridilmiş buz təsiri verən bir altlıq və platin üzərinə yerləşdirilmiş 4.500-dən çox gül kəsimli brilyant var.
Ekspertlər bildirir ki, Qış Yumurtası Fabergenin 50 İmperial Pasxa yumurtası arasında ən nadir nümunələrdən biridir; bu yumurtalardan yalnız 43-ü günümüzə gəlib çıxıb, yedisi isə xüsusi kolleksiyalarda saxlanır.
Əsər əvvəllər iki dəfə satış rekordları qırıb: 1994-cü ildə Cenevrədə 7,2 milyon İsveç frankına, 2002-ci ildə isə Nyu-Yorkda 9,6 milyon dollara satılmışdı. Faberge əsərlərinə maraq xüsusilə zəngin Rusiya kolleksionerləri arasında son illərdə artıb.
14,2 santimetr hündürlüyündəki yumurtanın içində Fabergenin imzası sayılan bir “sürpriz” də var: qızıl saplı, ahşap anemon çiçəklərindən ibarət buket.
1917-ci il inqilabından sonra Romanovlar devrildikdən sonra əsər Moskvaya aparılıb və Sovet hökuməti tərəfindən xarici valyuta qazanmaq məqsədilə satılmış, 1994-cü ilə qədər isə uzun müddət itmiş hesab olunurdu.