Türkiyənin Mardin şəhərində yaşayan və 2 metr 51 santimetr boyu ilə 2009-cu ildən bəri Gennessin Rekorlar Kitabına adını yazdıran Sultan Kösen, İngiltərədə həyatını mövzu alan sənədli film çəkilişi üçün Londona gedir. 
Sherg.az xəbər verir ki, 136 ölkəni ziyarət edən və 16 ildir rekordunu heç kimə verməyən nəhəng adam, Londonda Gennessin Dünya Rekorları Ofisini də ziyarət edərək boyunu yenidən təsdiqləyəcək. Çəkiləcək sənədli filmdə Kösenin həyatı, ailəsi, səfərləri və Genness rekordları ilə dolu macərası bütün detalları ilə izləyicilərlə paylaşılacaq.