Yemək və içki mədəniyyətinə dair hazırladığı ətraflı siyahılarla tanınan Taste Atlas, bu dəfə istifadəçi səsverməsi və qastronomiya ekspertlərinin qiymətləndirmələrini birləşdirərək “Dünyanın Ən Yaxşı 20 Toyuq Yeməyi” reytinqini elan edib.
Sherg.az xəbər verir ki, platformanın təqdim etdiyi ilk 10-luqda dünyanın müxtəlif guşələrindən diqqət çəkən ləzzətlər yer alıb, zirvədə isə Türkiyə təmsil olunub.
10) INSAL NA MANOK / FILİPİN
Sirkəli, sarımsaq və limon otları ilə marinadlanan, ızgarada bişirilən aromatik toyuq yeməyi.
9) CHICKEN KARAHI / PAKİSTAN
Baharatlı pomidor sousunda yüksək odda bişirilən, güclü aroması ilə tanınan klassik yemək.
8) DAK GALBI / CƏNUBİ KOREYA
Acılı gochujang sousunda marinadlanan toyuq parçalarının tərəvəzlərlə birlikdə tavada qızardılması ilə hazırlanan populyar küçə ləzzəti.
7) POULET RÔTİ / FRANSA
Kərə yağı, otlar və kök tərəvəzlərlə yavaş-yavaş sobada bişirilən ənənəvi soba toyuğu.
6) KARAAGE / YAPONİYA
Zəncəfil və soya sousu ilə marinadlanan toyuğun dərin yağda qızardılması ilə əldə edilən, xırtıldayan toxuması ilə məşhur qəlyanaltı.
5) BUTTER CHICKEN / HİNDİSTAN
Yumşaq toyuq ətinin kremli və yüngül ədviyyəli kərə yağılı pomidor sousu ilə birləşdiyi ikonik ləzzət.
4) POLLO A LA BRASA / PERU
Xüsusi ədviyyatlarla marinadlanıb kömür üzərində dönər üslubunda bişirilən milli klassik yemək.
3) CHIKIN / CƏNUBİ KOREYA
Koreya üsulu xırtıldayan qızardılmış toyuq; yüngül şirin və ədviyyəli souslarla təqdim olunur.
2) RFISSA / MAROKKO
Toyuq və mərci xüsusi ədviyyat qarışığı ilə birləşdirilib, nazik msemen xəmirində təqdim olunan ənənəvi yemək.
1) PİLİÇ TOPKAPI / TÜRKİYƏ
Siyahının birinci pilləsinə çıxan Piliç Topkapı, köklü resept ənənəsi və xüsusi bişirmə texnikası ilə beynəlxalq qastronomiya mühitində böyük rəğbət qazanıb.