Elon Mask mədəniyyəti Aya daşıyır: Ay şəhəri üçün tarix açıqladı

Elon Mask, SpaceX şirkətinin diqqətini Aya yönəldib. Mars planlarını təxirə salan Mask, Ayda şəhər qurmağı hədəfləyir.

Sherg.az xəbər verir ki, Elon Maska məxsus kosmik araşdırmalar şirkəti SpaceX uzun müddətdir Marsda şəhər qurmaq planı üzərində işləyirdi. Bu plana 5-7 il ərzində başlanacağı gözlənilirdi. Elon Mask sosial media hesabında açıqlamasında bildirib:

"Öncəlik sivilizasiyanın gələcəyini təmin etməkdir və Ay daha sürətli bir hədəfdir."

Maskın bu açıqlamaları mətbuatda yer alan “SpaceX-in ilk hədəfi Aydır, Mars 2027-ci ildə gediləcək” xəbərlərini dəstəkləyir.

Mask keçən ilin sonuna qədər 2026-cı ilin sonuna qədər Marsa insansız bir missiya göndərməyi planlaşdırdığını demişdi. ABŞ bu onillikdə insanları Aya geri qaytarmaq yarışında Çin ilə ciddi rəqabət içərisindədir. İnsanlar, 1972-ci ildəki Apollo 17 missiyasından bəri Ay səthini ziyarət etməyiblər.

Qısa müddət əvvəl Mask, SpaceX-in xAI şirkətini öz tərkibinə qatdığını açıqladı. Razılaşmaya görə, raket və peyk şirkətinin dəyəri 1 trilyon dollar, süni intellekt şirkətinin dəyəri isə 250 milyard dollar olaraq müəyyənləşdirilib.

Maskın bu addımı SpaceX-in kosmos əsaslı məlumat mərkəzləri planlarını gücləndirmək məqsədi ilə atdığı düşünülür.