Gürcüstan yenə də bizi qabaqladı. Bu dəfə küçə heyvanları, heyvanların qorunması və təhlükələrin azaldılması kimi vacib bir məsələnin həllində. Yeni ildən etiabarən Gürcüstanda heyvanların qorunması qanununa dəyişikliklər qüvvəyə minəcək.
Sherg.az xəbər verir ki, bu barədə nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev social şəbəkə hesabında paylaşım edib.
Qeyd edilir kİ, dəyişikliklər yaya qədər mərhələli şəkildə həyata keçiriləcək. Əsas məqamlar bundan ibarətdir ki, 01 fevral 2026-cı il tarixinə qədər Ekologiya Nazirliyi itlərin yetişdirilməsinə moratorium və onların həddindən artıq populyasiyasını azaltmaq üçün proqram hazırlamalıdır. 01 mart 2026-cı il tarixinə qədər hökumət heyvanların qeydiyyatı, identifikasiyası, sterilizasiyası və yetişdirilməsi qaydalarını təsdiqləyəcək, eləcə də baytarlıq klinikaları və sığınacaqları üçün qaydaları yeniləyəcək. 01 yanvar 2026-cı il tarixindən etibarən itlərin qayışı və ağızlığı olmadan gəzdirilməsi və ya daşınması 150 lari (94,83 azn) məbləğində cərimə ilə nəticələnəcək (kiçik oyuncaq cinsləri istisna olmaqla). 01 iyul 2026-cı il tarixindən etibarən heyvanların identifikasiyası və qeydiyyatı məcburi olacaq. 1 yanvar 2027-ci il tarixindən etibarən böyük cərimələr tətbiq olunacaq: Şəxsiyyətin müəyyən edilməsi/qeydiyyatı 1500 lari, sterilizasiya/kastrasiya 1500 lari (948,28 azn), quduzluğa qarşı peyvənd 500 lari (316,09 azn), icazəsiz yetişdirmə 5000 lariyə qədər (3160,94 azn), heyvan tərk edildiyinə görə fərdi şəxslər 5000 lari (3160,94 azn), hüquqi şəxslər 10000 lari (6321,89 azn) cərimə olunacaq. Cinayət cəzaları da sərtləşdiriləcək. Heyvanlara qarşı qəddarlıq heyvanın ölümü halında cərimə, ev dustaqlığı və ya 4 ilə qədər həbs cəzası ilə cəzalandırılacaq.