Həftələrlə nəticə verməyən axtarış: Süni intellekt itkin alpinisti tapdı

İtaliyanın Piemonte bölgəsində həftələrlə nəticə verməyən axtarışlar süni intellektin köməyi ilə bir neçə saat ərzində başa çatdı.

Sherg.az xəbər verir ki, dronların çəkdiyi minlərlə görüntünü analiz edən proqram qar üzərində görünən qırmızı kaskanı aşkar edərək xilasediciləri düzgün nöqtəyə yönəltdi.

66 yaşlı təcrübəli alpinist Nicola Ivaldo Monviso dağı ərazisində, təxminən 3150 metr yüksəklikdə tapıldı. Axtarış əməliyyatında dronların helikopterlərin çata bilmədiyi əraziləri yoxlaması və süni intellektin görüntüləri sürətlə süzgəcdən keçirməsi həlledici rol oynadı. Son qərar isə mütəxəssislər tərəfindən verildi.