Köhnə “Nokia” telefonu atmayın: İkinci əl bazarında sərvət qiymətinə satılır

Bir vaxtlar bir küncdə unudulan və ya siyirmələrdə tozlanan köhnə mobil telefonlar bu gün böyük dəyər qazanıb. Xüsusilə “Nokia”nın bəzi ikonik modelləri kolleksiyaçıların diqqət mərkəzindədir və ikinci əl bazarında minlərlə manat qiymətə satıla bilir.

Sherg.az xəbər verir ki, mütəxəssislərə görə, istehsalı məhdud olan və ya dövrün texnologiyasına görə öncül sayılan bəzi “Nokia” modelləri illər keçdikcə nadir hala gəldiyi üçün antik və kolleksiya dəyəri daşıyır. Buna görə təmiz və işlək vəziyyətdə olan modellərin qiyməti getdikcə artır.

1. NOKIA 3310 (ORİJİNAL SERİYA)

Davamlılığı ilə əfsanələşən 3310-un xüsusilə “ilk istehsal” versiyaları kolleksiyaçılar tərəfindən yüksək məbləğlərə alınır. Qutulu və işlək vəziyyətdə olan modellərin qiyməti demək olar ki, qızıl dəyərindədir.

2. NOKIA 8800

Dövrünün lüks telefonları arasında sayılan 8800, metal korpusu və sürüşdürülən mexanizmi ilə bu gün də kolleksiyaçıların ən çox axtardığı modellərdəndir. Orijinal və yaxşı vəziyyətdə olan nümunələr artıq antik statusu qazanıb.

3. NOKIA 7650

Kamera və sürüşdürülən quruluşu ilə “Nokia”nın ilk yenilikçi modellərindən sayılan 7650 bu gün nadir tapıldığı üçün yüksək qiymətə alıcı tapan telefonlar arasındadır.

Türkiyədə və dünyada köhnə texnoloji cihazlara maraq getdikcə artır. Kolleksiyaçılar deyir:

“Köhnə telefonlar artıq nostalji deyil, sərmayə vasitəsidir.”

Evinizdə uzun illərdir saxladığınız köhnə “Nokia” telefonunu satmazdan əvvəl model nömrəsinə baxmaq faydalı ola bilər. Ola bilsin ki, əlinizdə kiçik bir sərvət var.