NASA: Kosmik nümunələrdə ilk dəfə qlükoza və riboza aşkarlanıb

NASA alimləri Bennu asteroidindən gətirilmiş steril nümunələrin təhlili zamanı həyat üçün vacib iki şəkər birləşməsi – qlükoza və genetik məlumatın əsas hissəsi olan riboza aşkar ediblər.

Teleqraf xəbər verir ki, bu, asteroidlərdə belə maddələrin ilk dəfə tapılmasıdır və həyatın təməl kimyasının kosmosda geniş yayıldığını göstərir.

Mütəxəssislər bunun digər planetlərdə və buzlu peyklərdə də həyatın başlanğıc şərtlərinin ola biləcəyinə işarə etdiyini bildiriblər.

Alimlər həmçinin nümunələrdə “kosmik saqqız” adlandırılan qeyri-adi polimerəbənzər maddə və ölmüş ulduzların tozunun digər asteroidlərdən dəfələrlə çox olduğunu müəyyən ediblər.

NASA kəşfi həyatın mənşəyinə dair mühüm addım kimi qiymətləndirib.