Sosial mediada maraqlı bənzətmələr davam edir.
Sherg.az xəbər verir ki, "Real Madrid"in ulduzu Kylian Mbappenin həm meneceri, həm də anası olan Fayza Lamari, istifadəçilər tərəfindən məşhur aktyor Mehmet Ali Erbilə bənzədilib.
Bundan əlavə, Lamari haqqında maraqlı iddialar da yayılıb: onun "Real Madrid"dəki bəzi futbolçulardan daha yüksək illik gəliri olduğu bildirilir. İddialara görə, Lamarinin illik gəliri təxminən 4,5 milyon avrodur və bu rəqəm Arda Gülər, Gonzalo Garcia, Endrick, Andriy Lunin və digər gənc futbolçuların gəlirini üstələyir.