Pasaportsuz dəvə qalmayacaq, yeni tətbiq dünya gündəmindədir

Səudiyyə Ərəbistanı dəvəçilik sahəsində diqqətçəkən yeniliyə imza atıb. Krallıq dəvələr üçün rəsmi pasport tətbiqinin başladıldığını açıqlayıb. Layihə sektorun qeydiyyata alınması və daxili–beynəlxalq bazarlarda etimadın artırılması məqsədi daşıyır.

Sherg.az xəbər verir ki, yeni sistemdə mikroçip məlumatları, fotoşəkillər, peyvənd və sağlamlıq qeydləri, cins, rəng və sahiblik məlumatları vahid rəsmi sənəddə toplanacaq. Pasport satış, daşınma və ticarət proseslərində əsas istinad sənədi olacaq.

Rəsmi məlumata görə, ölkədə 2,2 milyondan çox dəvə var. Tətbiqin ənənəvi heyvandarlıqda rəqəmsal və institusional dönüşüm yaradacağı bildirilir.