Nyu-Yorkda yerləşdiyi iddia edilən Michelin ulduzlu restoranda 5 nazik tütsülənmiş alma dilimindən ibarət desertin 400 dollar qiymətə satılması sosial şəbəkələrdə müzakirə yaradıb.
Sherg.az xəbər verir ki, videoda alma dilimləri tüstü ilə balon effekti verilərək təqdim olunur. İzləyicilərin bir qismi bu təqdimatı sənət kimi dəyərləndirsə də, çoxları yüksək qiymətə görə tənqid edib. Restoranların bu cür menyularında məhsuldan çox qastronomik təcrübə ön plana çıxır.