Yapon üsulu heyrət doğurur: Mərkəzi istilik sistemi yoxdur, amma evləri istidir

Yaponlar evlərini isitməyə fərqli yanaşır. Avropada bütün evin istiliyi təmin edilirsə, Yaponiyada məqsəd yalnız insanın olduğu sahəni isti saxlamaqdır.

Sherg.az xəbər verir ki, ən məşhur üsul kotatsudur: aşağı masanın altında istilik elementi, üzərində qalın yorğan. İnsanlar masanın ətrafında oturaraq isti və rahat mühit yaradır.

Bundan əlavə, elektrikli döşəklər, istilik xalçaları, termal geyimlər geniş istifadə olunur. Bu, enerji sərfiyyatını azaldır və daha qənaətcil istilik təmin edir.

Yaponların bu yanaşması həm iqtisadi, həm də mədəni aspekt daşıyır - ailə ilə vaxt keçirmək, rituallara uyğun yaşamaq üçün də şərait yaradır.