13 yaşında dünya şöhrəti qazanan gənc aktrisa Kaylee Hottle yol qəzasında dünyasını dəyişib.
Kult.az Unikal-a istinadla xəbər verir ki, bu barədə onun atası sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qeyd olunur ki, eşitmə qüsurlu aktrisa Keylee Hottle 18 yaşında ABŞ-ın Merilənd ştatında baş verən yol qəzasında ağır yaralanıb. Həkimlərin müdaxilələrinə baxmayaraq, aktrisanın həyatını xilas etmək mümkün olmayıb.
Bildirək ki, aktrisa 13 yaşında ikən 2021-ci ildə çəkilmiş "Qodzilla Konqa qarşı" və onun davamı "Qodzilla Konq: Yeni İmperiya" filmlərindəki rolları ilə məşhurlaşıb. O, rollarına görə "Ən yaxşı gənc performans" nominasiyasında “Saturn” mükafatına namizəd göstərilib.