Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Qurban Pirimov qurumda 15 nəfərin işdən çıxarılması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Kinostudiyanın direktoru Teleqraf-a açıqlamasında bildirib ki, məlumat doğru deyil: "Belə bir hal müşahidə olunmayıb. Direktor vəzifəsini icra etdiyim son dörd ay ərzində işdən azad edilənlərin sayı 15 nəfər ola bilməz. Bu müddətdə işdən çıxmalar qanunvericiliyə uyğun olaraq, yalnız şəxslərin ərizəsi əsasında həyata keçirilib. Məsələn, dekabr ayında iki nəfər işdən çıxıb, onlar başqa iş imkanlarından istifadə etmək məqsədilə belə addım atıblar", - deyə əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Kino Agentliyi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından 15 nəfərin işdən çıxarılması ilə bağlı məlumat yayıb.