Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”

Brilliant Dadaşova ifasının gürcü mahnısı kimi təqdim edilməsinə görə aidiyyəti qurumlara müraciət edib

Xalq artisti Brilliant Dadaşova və AISELin ifa etdiyi “Ayrı düşmüşük” mahnısı gürcü ifaçı tərəfindən mənimsənilib.

Bu barədə APA-ya Xalq artistinin özü məlumat verib.

O, ifa etdiyi mahnının oğurlandığını iddia edib və əlavə edib ki, məsələ ilə bağlı artıq aidiyyəti qurumlara müraciət edilib:

“Müəlliflik hüquqları ilə bağlı artıq aidiyyəti qurumlara müraciət etmişik. Mahnı həm Gürcüstanın televiziya kanallarında, həm də sosial şəbəkələrdə gürcü musiqisi kimi təqdim olunub”.

Əqli Mülkiyyət Agentliyindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı onlara rəsmi müraciət daxil olmayıb.