Əminə Ərdoğan, Üsküdardakı Palet Türk Musiqisi Məktəbinə səfəri ilə bağlı paylaşım edib.
Sherg.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan sosial şəbəkədə yazıb:
"Palet Türk Musiqisi Məktəbi, Türk musiqisinə ürəkdən bağlı olan çoxsaylı uşaqlarımız üçün ilham, ümid və istiqamət olmağa davam etsin. Ənənəni yaşadan, gələcəyi yaşıl edən bu gözəl zəhmət ürəkdən-ürəyə yayılsın."
Paylaşımda səfərdən görüntülərin olduğu video da yer alıb.