Fəxrəddin Manafov: Kinoya nə həyatımı, nə də canımı qoymuşam
Yusif Nəzərli
15:30 02.08.2025
Mədəniyyət
601
"Bugünkü tədbirə gələndə hamı məni təbrik etdi və dedilər ki, sən kinoya həyatını, canını qoymusan. Amma mən kinoya nə həyatımı, nə də canımı qoymuşam".
Teleqraf xəbər verir ki, bunu Xalq artisti Fəxrəddin Manafov 2 Avqust - Milli Kino Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O, sadəcə kino fədaisi olduğunu bildirib.
"Mən sadəcə bu peşənin fədaisiyəm, fədaisi olmuşam və fədaisi olacağam. Bu sənət mənə həyat da verdi, canımı da qorudu.
Ustadım Rasim Ocaqovun gözəl bir sözü var idi: "Baxmayaraq ki, mən çox sevdiyim peşə ilə məşğul oluram, buna görə mənə hələ maaş da verirlər". Mən bu peşəyə gəlib Fəxrəddin Manafov olmuşam. İndi mənə mükafat verirlər. Mən mükafat verməliyəm. Həmişə çalışmışam ki, öyrəndiklərimi və bildiklərimi, bu sahədə aldığım tərbiyəni səhnədən, ekrandan müəllimlərimlə birgə göstərməyə çalışmışam" - aktyor deyib.
F.Manafovun sözlərinə görə, həyatı boyu kinodan başqa peşəyə yiyələnə bilməyib:
"Hətta ayaqqabı fabrikində də işləmişəm. Amma kino məni bağrına basdı".
Xalq artisti "Şərəf" ordeni ilə təltif edildiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm