“Güllər”i vizit kartına çevirən yapon avanqard rəssamı vəfat edib

Məşhur yapon rəssamı Yayoi Kusama 97 yaşında vəfat edib.

Sherg.az xəbər verir ki, bu barədə onun studiyası məlumat yayıb.

Bildirilib ki, Kusama 14 avqust 2026-cı ildə Tokioda xəstəxanada dünyasını dəyişib. O, ömrünün son günlərinə qədər yaradıcılığını davam etdirib.

1950-ci illərdən 2020-ci illərə qədər nəhəng instalyasiyalar və heykəllər yaradan Kusama müasir incəsənətin dünya şöhrətli nümayəndələrindən biri olub.

Onun rəngarəng “noxud” naxışları isə muzeylərdən kənara çıxaraq geyimlərə, kosmetikaya, mağaza vitrinlərinə və reklam kampaniyalarına qədər geniş yayılıb. Rəssam bu naxışları gördüyü hallüsinasiyaların təsiri ilə yaratdığını bildirirdi.

Kusamanın ən məşhur əsərlərindən biri qara “noxud”larla bəzədilmiş böyük qızılı balqabaq heykəlidir. Əsər Yaponiyanın Naosima adasında yerləşir.