Hacı Nuran Rəmişdən yazdı:"Özü boyda dərd idi"
Yusif Sultanoğlu
15:18 16.05.2021
Mədəniyyət
2259
Bir ay əvvəl Rəmiş ləqəbi ilə tanıdığımız gitara ifaçısı Rafiq Hüseynov var idi. Bu gün yoxdur. Təbii sadəcə cismən aramızda deyil. Lakin sənəti və ifaları ilə yaşayır. Nə dostları, nə də sevənləri gitara ifaçısını unuda bilir.
Aparıcı və xeyriyyəçi Nuran Hüseynov ( Hacı Nuran) da ölümünün 40-cı günündə xalq artistini yada salıb.
“Sherg.az” xəbər verir ki, Rəmişlə videosunu İnstaqram hesabında paylaşan Hacı Nuran mərhumun onun həyatında xüsusi yeri olduğunu söyləyib:
“Sənətinə, istedadına heyran olduğum sənətkarlardan idi. Rəmişin yoxluğuna inanmıram. İllərdir, Rəmişin gözlərindəki və qəlbindəki nisgili görürdüm. O Ağdamın dərdini çəkirdi. Əslində özü Ağdamın bir parçası idi. İfaları da Ağdamı xatırladırdı. Həzin, kövrək və yanıqlı səslənirdi. Rəmiş özü boyda dərd idi. Onu tanıyanlar dərdini yaxşı bilirdi. Tək Ağdamın ağrısını daşımırdı, oğlunun, toyu günü dünyasını dəyişən qardaşı Sabirin acısı da ürəyində idi. Ona görə də “Ayrılıq” mahnısını kimsə Rəmiş kimi ifa edə bilmədi. Yurd həsrəti, qardaş dərdi ürəyini əritdi. Bu gün Rəmişin ölümündən 40 gün ötür. Azərbaycan musiqi sənətində öz çəkisi olan, mahir gitara ifaçısı aramızdan getdi. Yerin behişt olsun, sənətkar”.
Qeyd edək ki, Rafiq Hüseynov uzunmüddətli xəstəlikdən sonra 5 aprel 2021-ci ildə vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya