Hələ ki, Abbas Bağırov başqa iş haqqında düşünmür
Yusif Sultanoğlu
05:24 13.08.2020
Mədəniyyət
1551
Puluma qənaət etdiyimə görə ailəmi dolandırmaq imkanım var
Bu gün müzakirə olunan məsələlərdən biri də müğənnilərin toysuz, işsiz və pulsuz qalmasıdır. Çünki onlar etirazlarını, yaşadıqları çətinlikləri sosial şəbəkə platformalarında dilə gətirir, xüsusi karantin rejiminin uzadılmasına üsyan edirlər. Bütün bunlara baxmayaraq “Ehtiyat igidin yaraşığıdır” deyərək çörəklərini başqa sahələrdən çıxaran sənətçilər də var. Onlara misal olaraq Nura Surini, rəqqasə Fatiməni göstərmək olar.
Bəs gəlin görək şou-biznes cameəsinin digər nümayəndələri nə düşünür? Onların müxtəlif sektorlarda işləmək bacarığı varmı?
Sualımıza cavab tapmaq məqsədilə tanınmış müğənni Abbas Bağırovla əlaqə saxladıq. Məsələni “Sherg.az”a dəyərləndirən sənətçi söyləyib ki, bir işlə məşğul olmaq üçün təcrübə lazımdır:
“Müvəqqəti iş olmur. Gərək ciddi şəkildə məşğul olasan ki, qazanc əldə edəsən. Amma fəaliyyətim sırf musiqiyə bağlı olduğu üçün gəlir mənbəyim də bu sahədəndir. Ona görə hələ başqa sahədə çalışmağı düşünmürəm. Amma sual versəniz ki, nəylə dolanırsan? Puluma qənaət etdiyimə görə ailəmi dolandırmaq imkanım var.
Buna baxmayaraq xüsusi karantin rejimi bir müddətlik də uzansa çətin olacaq. Ona da inanmıram ki, hökumət ağır vəziyyətə düşməyimizə icazə versin. Çünki bu dövrdə dövlətin vətəndaşlara yardımları oldu. İnanıram ki, bizim sahədən də yan keçməz. Şükür Allaha, yoluxanların sayı azalır, sağalanlar isə əksinə, çoxalır.
Bizə də dua etmək qalıb ki, 31-dən etibarən insanlar normal həyatlarına qayıtsın. Başa düşürəm ki, bu məsələ ilə bağlı vəziyyət gərgindir. Həm də toyun yoxluğu başqa sahələrə də təsir edib. Bir çox sektorların hamısı toya baxır. Onların da işləri çətindir. Ona görə də arzu edirik ki, xalqımız tezliklə toy-bayramı yenidən həyata keçirsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya