"Hərbi klip çəkərkən hərbçilərin tövsiyələri öyrənilməlidir"
Yusif Sultanoğlu
07:49 19.08.2020
Mədəniyyət
1235
Heç kimə sirr deyil ki, mədəniyyətin bütün sahələrində vətənpərvərlik mövzusuna yer verilir, hər zaman diqqətdə saxlanılır. Tanınmış müğənnilər də hərbi geyimdə, milli ruhlu mahnılar oxuyaraq kliplər çəkdirir, vətənə sevgilərini ifadə edirlər.
Əfsuslar olsun ki, bəzən həmin kliplərdəki nöqsanlar diqqət çəkir. Ya hərbi geyim səliqəsiz formada olur, ya da klip qeyri-peşəkar şəkildə lentə alınır. Belə olduğu halda ordumuzun hərbi qaydalarını düzgün əks etdirməyən görüntülər ortaya çıxır.
Bu barədə “Sherg.az”a danışan sevilən xanəndə, xalq artisti Mənsum İbrahimov deyib ki, klip çəkilərkən peşəkarların, hərbçilərin tövsiyələrinin öyrənilməsi daha yaxşı olar:
“Tovuz hadisələrindən sonra, ordumuza dəstək yürüşü, sosial şəbəkələrdə layihələr və sair, bütün bunların hamısı orduya dəstəkdir. Televizyalarda “Əsgərə salam” kimi layihələr həyata keçirildi.
Birində mən də iştirak etdim. Orda əsgər paltarında çıxış elədik. Bu bir aksiya idi. Hər kəs öz təbiətində edir, bunlara pis baxmıram. Çünki vətənpərvərlik mövzusunda nə isə etməyəndə deyirik ki, heç kim iş görmür.
Edəndə isə hərə bir "mız" qoyur. Təbii ki, o elə hazırlanmalıdır ki, səviyyəli şəkildə olsun. Professionallarla, hərbiçilərlə məsləhətləşməlidir. Hər halda hər kəs öz bacarığında dəstək göstərir. Fikir özü yaxşıdır, amma onu daha peşəkarcasına etsələr, gözəl olar“.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya