“Həyata sıfırdan başlamışam, keçmişi isə unutmaram...! - ÖZƏL SÖHBƏT
Yusif Sultanoğlu
10:06 22.08.2020
Mədəniyyət
1917
Bir müddət öncə məhbusluq həyatı sona çatan, tanınmış müğənni Fədayə Laçın hazırda qonşu ölkə Rusiyada fəaliyyət göstərir. Zaman-zaman ifalarını sosial şəbəkə hesablarında paylaşan sənətçi heyranlarını öz məlahətli səsi ilə sevindirir. Onu da qeyd edək ki, Fədayə xanım Vətəndən uzaqda olduğu kimi, mediamızdan da ayrı düşüb.
Rusiyadan “Sherg.az”a danışan F.Laçınla özəl müsahibəmizi təqdim edirik.
- Əvvəla istərdim ki, günümüzün aktual mövzusu-koronavirus infeksiyasından başlayaq. Pandemiyalı, karantinli günləri necə keçirirsiniz?
- Hazırda Moskva şəhərində xəstəliyə yoluxanların sayı azdır. Ona görə karantin də yoxdur, həyat öz axarı ilə davam edir. Sadəcə müəyyən yerlərdə maska taxmağımız tələb olunur. Amma karantin olan günlərdə hamı kimi evdə qaldıq, darıxdıq, çətinliyimiz də oldu. Sonra hər şey qaydasına düşdü. Güman edirəm ki, Azərbaycanda da tezliklə hər şey düzələcək. Millətimizə səbr etməyi tövsiyə edirəm.
- Bəs sənətinizlə, yaradıcılığınızla bağlı nə kimi yeniliklər var?
- Klip çəkdirmək fikrim var, bir neçə yeni mahnı lentə aldıracam. Onu da deyim ki, istedadlı şair və müğənni Cəlil Əliyevlə "Macəra" adlı duetimiz bir neçə ay öncə işıq üzü görüb. Növbəti dəfə sözləri və musiqisi C.Əliyevə aid olan "Dünya iki günlükdür" duet mahnımızı sevənlərimizə təqdim edəcəyik. Hər ikisinə də klip çəkdirməyi düşünürəm.
- Bir müddətdir ki, Rusiyadasınız. Azərbaycana qayıtmağı nə vaxta planlaşdırırsınız?
- Qismətimizdə nə zaman yazılıbsa onda da dönəcəyik. Dəqiq bir söz deyə bilmirəm, çünki hər şeyi "Allahın qisməti"nə bağlayan insanam.
- İstərdim ki, bir az keçmişə qayıdaq... Azadlığa buraxılandan sonra ömrünüzün ikinci baharı necə keçir?
- Həyata yenidən, sıfırdan başlamışam. Həyat davam edir, ruhdan düşmək, sınmaq olmaz, möhkəm qalmaq lazımdır. Gələcək üçün yaşayıram. Amma keçmişi unutmuram, unutmaram...
- Azadlıq sizin üçün nə ifadə edir?
- Hər şey...
- Fədayə xanım, əfv olunmağınız üçün tanınmışlar, sənət dostlarınız Prezidentə müraciət etdilər. Sənətinizin vurğunu olan pərəstişkarlarınız bu xəbərə çox sevindi. Lakin sizi qınayanlar, cəzanıza davam etməyinizi istəyənlər də var idi.
- Azadlığa çıxdığım üçün şad olanları, Allah həmişə sevindirsin. Qınayanların da xasiyyəti odur, hamını tənqid edirlər. Nə etmək olar ki? Sayları azdır deyə vecimə almıram, sevənlərimin yanında yox kimidirlər. Ümumiyyətlə hər kəsi olduğu şəkildə qəbul edə bilirəm. Ona görə də belə şeylər məni narahat etmir. Hamı məni sevməli deyil ki...
- Son olaraq oxucularımıza ürək sözləriniz...
- Allahdan can sağlığı və böyük səbir diləyirəm. Deyirəm ki, mənim kimi möhkəm olun. Hər halımıza şükr edək. Həyata gülümsəyək ki, o da bizə gülsün. Bir də istərdim ki, bu gün haqqımda yayılan yalnış məlumata aydınlıq gətirim. İnstaqram səhifəmdə özümün tək şəklimi paylaşaraq, şərh bölməsində Ömər Xəyyamdan hikmətli kəlam yazmışam: "Ya kürəyimizdə daşıyırıq, ya da ayağımızın altına salıb əzirik. Heç cür öyrənə bilmədik yan-yana yeriməyi".
Maraqlıdır, niyə yazmırlar ki, Ömər Xəyyamın kəlamını paylaşıb? Həmin sözləri adımdan istədikləri yerə yönləndirirlər.
Bu qədər savadsızlıq və yaxud vicdansızlıq olmaz. Paylaşımlarıma baxsanız belə kəlamlara, hansısa şairin qəzəlindən bir misraya rast gələ bilərsiniz. Çünki fotolarıma mənalı sözlər yazıram, bu da hər adama çatmır. Əlbəttə çatmaz. Belələri sözün dərinliyinə vara bilmir, ən dayaz da mənasız bir fikir tapıb, ağzını əyib ora yönəlir.. Guya, "partlatmaq" istəyir, amma alınmır. Sadəcə gülməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya