İstanbulda qəfil səhhəti pisləşən məşhur sənətçi İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib və ehtiyat tədbiri olaraq reanimasiya şöbəsinə qəbul olunub.
Sherg.az xəbər verir ki, həkimlərin verdiyi rəsmi məlumata görə, sənətçi təzyiqin düşməsi şikayəti ilə xəstəxanaya müraciət edib. Aparılan müayinələr nəticəsində bakterial infeksiya ehtimalı müəyyən edilib və buna görə də o, nəzarət məqsədilə reanimasiyaya yerləşdirilib.
Açıqlamada bildirilir ki, Tatlısəsin şüuru açıqdır. Ürək və ağciyər funksiyaları normaldır. Ümumi vəziyyəti yaxşı qiymətləndirilir. Müalicəsinə artıq başlanılıb.
Hadisə sənətçinin intensiv konsert proqramından sonra evində baş verib. Onun xəstəxanaya yerləşdirilməsi xəbərini alan ailə üzvləri və yaxınları dərhal tibb müəssisəsinə gəlib.
Hazırda sənətçinin vəziyyəti stabildir və həkim nəzarətində müalicəsi davam edir.