İbrahim Tatlısəsdən sevindirən paylaşım: “Budur, evimin balkonundayam”

Uzun müddətdir səhhətində yaranan problemlərlə mübarizə aparan tanınmış sənətçi İbrahim Tatlısəs müalicə prosesindən sonra pərəstişkarlarını sevindirən paylaşım edib.

Sherg.az xəbər verir ki, aprel ayında ağır infeksiya səbəbindən xəstəxanaya yerləşdirilən və öd kisəsindən əməliyyat olunan 74 yaşlı sənətçi bir müddət fiziki reabilitasiya müalicəsi alıb. Müalicə dövründə çəkilən görüntülərdə onun xeyli çəki itirdiyi diqqət çəkmişdi.

Tatlısəsin yaxın dostu Mahmut Tuncer də sənətçinin xəstəxanadan evə buraxıldığını açıqlayıb.

Son paylaşımında Tatlısəs “Hamı məni maraq edirmiş, budur, evimin balkonundayam” sözləri ilə izləyicilərinə səhhətinin yaxşılaşdığını göstərib. Yeni görüntülərdə onun əvvəlki görünüşünə qayıtdığı müşahidə olunub.

Qeyd edək ki, sənətçinin xəstəxanadan çıxarkən etdiyi vəsiyyət və mirasla bağlı açıqlamaları da son günlər Türkiyə mətbuatında geniş müzakirələrə səbəb olmuşdu.