Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) gələn il dövlət büdcəsindən vəsait ayrılmamasının səbəbi açıqlanıb.
APA xəbər verir ki, Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında maliyyə nazirinin müavini Himalay Məmişov deyib ki, bu il Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb.
“Artıq 11-cı aydır, bu vəsaitdən 41 % istifadə olunub. Növbəti il üçün sifarişlər üçün 12 milyon manat nəzərdə tutulur. Buna görə də həmin qurumda qalan vəsaitin növbəti il sifarişlərini ödəyəcəyi qənaətindəyik”, - deyə nazir müavini bildirib.