Biz müxtəlif qurumların nəzdində bu cür İşçi Qruplarının yaradılmasını çox görmüşük. Son nəticədə isə müsbətə doğru heç bir dəyişiklik müşahidə olunmayıb. Ümid edirəm ki, Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə yaradılan bu qrupda mədəniyyət sahəsinə aidiyyəti olan peşəkar kadrlar toplanıb və bu istiqamətdə real addımlar atılacaq".
Mədəniyyət Nazirliyində İşçi Qrup yaradılıb
Şəymən Bayramova
09:52 12.08.2020
Mədəniyyət
1497
Fazil Mustafa: "Bu cür İşçi Qruplarının yaradılmasını çox görmüşük. Son nəticədə isə müsbətə doğru heç bir dəyişiklik müşahidə olunmayıb"
Mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə yerli və xarici ekspertlərdən ibarət İşçi Qrup yaradılıb.
İşçi Qrupun yaradılmasında məqsəd mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, mədəniyyətdə şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması, mədəniyyət sahəsində iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirilmə modelinin qurulması, müasir menecment üsullarının uğurlu tətbiqi ilə mədəniyyət sahəsində effektiv idarəetmənin formalaşdırılması və milli yaradıcı potensialın reallaşdırılması üçün optimal platformaların yaradılması ilə bağlı təkliflər paketi hazırlamaqdır.
Millət vəkili Fazil Mustafa isə "Sherg.az"a açıqlamasında yaradılan İşçi Qrupu ilə bağlı gözləntilərinin bir o qədər də yüksək olmadığını deyib: "Düzü, həmin İşçi Qrupda kimlərin təmsil olunması ilə bağlı məlumatlı deyiləm. Əgər formal şəxslərdirsə, onda bu qrupun fəaliyyətindən heç bir yenilik gözləməyə dəyməz.
Biz müxtəlif qurumların nəzdində bu cür İşçi Qruplarının yaradılmasını çox görmüşük. Son nəticədə isə müsbətə doğru heç bir dəyişiklik müşahidə olunmayıb. Ümid edirəm ki, Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə yaradılan bu qrupda mədəniyyət sahəsinə aidiyyəti olan peşəkar kadrlar toplanıb və bu istiqamətdə real addımlar atılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya