Nyu-Yorkda “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatı keçiriləcək
07:22 05.09.2021
Mədəniyyət
783
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nyu-York şəhərində Nizami Gəncəvi 880 illiyi çərcivəsində “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatını keçirəcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin müəlifliyi ilə hazırlanan Nizami Gəncəvi: Şair və Müdrik kitabının BMT-nın Baş Assambleyası çərcivəsində təşkil olunan XXI ali səviyyəli toplantı çərçivəsində təqdim olunacaq.
Latviya Respublikasının Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vīķe-Freiberga bildirib ki, bir millətin mədəni irsi, mənəvi zənginliklərinin bir hissəsi olaraq, istifadə edə biləcəyi maddi sərvətlərdən daha qiymətlidir: “İsmayıl Serageldinin Nizami Gəncəvi haqqında kitabının Mərkəz tərəfindən nəşr edilməsi Nizami Gəncəvi tədqiqatında yeni bir dövrün başlanğıcını göstərir. Ümid edirik bu, həm azərbaycanlı, həm də beynəlxalq müəlliflərin Nizami irsinin alovunu yaşatmağa yönəlmiş nüfuzlu nəşrlər silsiləsinin başlanğıcı olacaq”.
Finlandiya Respublikasının Prezidenti (2000-2012), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Tarja Halonen qeyd edib ki, nəşr bu böyük şair və filosof haqqda bilikləri genişləndirəcəkdir: “Beynəlxalq dialoqa, öyrənməyə, tolerantlığa və anlayışa hər zamankındən daha çox ehtiyac var”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə keçirilən Nizami Gəncəvi 880 illiyi çərçivəsində Baş Katibliyin bu layihənin reallaşdırılması bizim üçün çox önəmlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət