Prezidentin sosial şəbəkə hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib.

Sherg.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat etmişdir. Görkəmli şair və dramaturq, tanınmış ictimai xadim, səmimi və təvazökar insan Nəriman Əliməmməd oğlu Həsənzadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır".