Ramiz Quliyevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir

Xalq artisti, tarzən Ramiz Quliyevin müalicəsi Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində davam edir.
Bu barədə Teleqraf-a onun oğlu Əməkdar artist, dirijor Əyyub Quliyev məlumat verib.
"Müalicəsi intensivləşdirilib, həkim nəzarəti altındadır. Süni tənəffüs aparatına daimi yox, müəyyən vaxtlarda qoşulur",- Əyyub Quliyev bildirib.
Qeyd edək ki, 78 yaşlı Xalq artistinin müalicə xərcləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.