“Atamın müalicəsi İstanbul Memorial xəstəxanasında davam edir".
Bunu Teleqraf-a Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin oğlu Ülvi Balayev deyib.
"Səhhəti normaldır, müalicənin bitməsinə az qalıb. Həkim qərarından sonra Bakıya qayıdacağımız məlum olacaq",- Ü.Balayev əlavə edib.
Qeyd edək ki, R.Balayev bir neçə gün əvvəl müalicə üçün Türkiyəyə aparılıb.