Amerikalı aktrisa Cennifer Runyon 65 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə onun ailəsi sosial şəbəkədə məlumat yayıb.
Bildirilir ki, aktrisa uzun müddət xərçənglə mübarizə aparıb.
Qeyd edək ki, Cennifer Runyon tamaşaçılara daha çox "Ruh ovçuları" filmindəki rolu ilə tanınırdı. O, həmçinin "Charles in Charge" serialında "Qvendolin Pirs" rolunu canlandırıb.
Son illərdə aktrisa ekranlarda görünməsə də, 1980-ci illərin klassik film və seriallarının pərəstişkarları arasında tanınmış sima olaraq qalırdı.