Böyük Azərbaycan şairi Səməd Vurğunun zəngin yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçiriləcək.
Gecədə tanınmış aktyorların ifasında şairin seçilmiş şeirləri səslənəcək, onun sözlərinə bəstələnmiş unudulmaz mahnılar təqdim olunacaq. Söz və musiqinin bir araya gəldiyi bu axşam Səməd Vurğun poeziyasının ruhunu səhnədə canlandıracaq.
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
📍 5 iyun, saat 20:00 — Heydər Əliyev Sarayı
🎟 Biletlər: iticket.az