“Şıxəli Qurbanov-100” adlı ənənəvi kitab sərgisi açılıb
12:59 23.08.2025
Mədəniyyət
949
Milli Kitabxanada Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı Şıxəli Qurbanovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Şıxəli Qurbanov-100” adlı ənənəvi kitab sərgisi açılıb.
Milli Kitabxanadan bildirilib ki, sərgidə görkəmli alim-dramaturq, ictimai xadim Şıxəli Qurbanovun bədii əsərləri, şeirləri, həyat və yaradıcılıq yolu, elmi-ədəbi irsi haqqında Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Azərbaycan ədəbiyyatı və ictimai həyatında xüsusi yeri olan Şıxəli Qurbanov 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) təhsil aldıqdan sonra Azərbaycan ədəbiyyatı kafedrasında aspirant olub, eyni zamanda, rus ədəbiyyatının tədrisi üzrə müəllim işləyib.
1956-cı ilin iyununda “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1958-ci ilin yanvarından Pedaqoji İnstitutda baş müəllim, dosent vəzifələrində çalışıb. 1961-1966-cı illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Ədəbi əlaqələr şöbəsinin müdiri işləyib. 1964-cü ildə filologiya elmləri doktoru elmi adını alıb. Müxtəlif ictimai-siyasi vəzifələrdə çalışıb.
1958-1961-ci illərdə bir sıra səhnə əsərləri “Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sənsiz” pyeslərini, “Bahadır və Sona” librettosunu qələmə alıb. 1966-cı ildə yazdığı “Milyonçunun dilənçi oğlu” komediyası uzun müddət teatr səhnələrində oynanılıb.
Onun lirik şeirlər, poema, hekayə və tənqidi məqalələri mətbuatda müntəzəm çap olunub.
Şıxəli Qurbanov bir sıra orden və medallara, həmçinin 1967-ci ildə “Üzeyir Hacıbəyov adına Respublika Dövlət mükafatı”na layiq görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm