Şuşada “Şuşa yaradıcılıq emalatxanası” layihəsi keçiriləcək
Yusif Nəzərli
13:57 23.08.2022
Mədəniyyət
886
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixində Mədəniyyət paytaxtımız Şuşa şəhərində yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsi həyata keçiriləcək.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa qalasına, Üzeyir bəyin dağıdılmış evinə, Bülbülün ev muzeyinə, Vaqifin məqbərəsinə, Güllələnmiş abidələrə, Cıdır düzünə səfər edəcəklər.
Layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda həyata keçirilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında dünya və yerli ictimaiyyəti incəsənət əsərləri vasitəsilə daha ətraflı məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihə iştirakçısı olacaq bəstəkar, şair, musiqişünas, misgər, keramika rəssamı, fotoqraf, qiraətçi və bir çox sahəni təmsil edən 30-a yaxın yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.
Belə ki, səfər təəssüratlarından ilhamlanaraq ərsəyə gələcək əsərlər bir müddət sonra Bakıda təşkil olunacaq qala tədbirdə geniş auditoriyaya təqdim olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda “Bəsic”in qadın komandiri öldürüldü
18:41 14.10.2026
Region
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm