Həyat yoldaşımın səhhəti yaxşıdır. Bakı Sağlamlıq Mərkəzində müalicəsi davam edir. Həkimlərə təşəkkür edirəm.
Kult.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Rauf Abdullayevin həyat yoldaşı Munisa Abdullayeva dirijorun səhhəti ilə bağlı Teleqraf-a açıqlamasında deyib.
Qeyd edək ki, 88 yaşlı Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub.