Türkiyənin hakim AKP-nin sədr müavini Hüseyn Yayman xəstəxanada müalicə alan ulduz müğənni İbrahim Tatlısəsi ziyarət edib.
Sherg.az-ın məlumatına görə, Hüseyn Yayman bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın salam və sevgiləri sənətçiyə çatdırılıb.
Yaymanın sözlərinə görə, Tatlısəsin ümumi vəziyyəti yaxşıdır və əhvalı yüksəkdir. Hətta ziyarət zamanı türkü də oxuyub.
Həkimlər isə açıqlayıb ki, sənətçi infeksiya və öd kisəsi iltihabı səbəbilə müalicə alır və yaxın günlərdə əməliyyat olunacaq. Hazırda vəziyyəti stabildir.