Üzeyir Hacıbəylinin 140 illik yubileyi UNESCO-da konsert proqramı ilə qeyd olunacaq
18:32 17.09.2025
Mədəniyyət
451
Sentyabrın 18-də Azərbaycan milli musiqisinin banisi, ilk Şərq operasının müəllifi və Azərbaycanın Dövlət Himninin bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi UNESCO-nun mənzil-qərargahında qeyd olunacaq.
Teleqraf xəbər verir ki, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin və "Fransa-Azərbaycan Dialoqu" assosiasiyasının birgə təşəbbüsü ilə təşkil ediləcək tədbirin musiqi proqramı fransalı violonçelçi və "Arts Au Diapason" assosiasiyasının prezidenti Lora Volpatonun rəhbərliyi ilə hazırlanıb.
Konsertdə Lora Volpato “Trio Avey” ansamblı ilə birlikdə çıxış edəcək. Ansamblın tərkibinə violonçel, fleyta və piano daxildir. Onlar Üzeyir Hacıbəylinin seçilmiş əsərlərini səsləndirəcək, tamaşaçılara onun bənzərsiz musiqi dünyasını yaşadacaqlar.
Qeyd olunub ki, Üzeyir Hacıbəyli təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının mədəni tarixində silinməz iz qoymuş şəxsiyyətdir. O, ilk müsəlman operasının – "Leyli və Məcnun"un müəllifidir. Dərin bilikli musiqişünas və maarifçi kimi o, Azərbaycan Dövlət Konservatoriyasının əsasını qoyaraq musiqi təhsilinin inkişafında mühüm rol oynayıb.
O, Qərb klassik musiqisi ilə Şərq muğam sənətini birləşdirərək unikal musiqi dili yaradıb. Onun yaradıcılığı təkcə melodik zənginliklə deyil, həm də mənəvi dərinliklə seçilir.
UNESCO-da keçirilən bu yubiley konserti Azərbaycan musiqisinin beynəlxalq miqyasda tanıdılması və yaşadılması üçün mühüm addımdır. Üzeyir Hacıbəylinin irsi, bu gün də yeni nəsillərə ilham verir və dünya musiqi xəzinəsində parlaq şəkildə yaşayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm