Xalq artisti Şəfiqə Məmmədova: Rasim Balayev çox şərəfli, düzgün ömür yaşadı

"Rasim Balayevlə planlarımız çox idi. O çox şərəfli, düzgün ömür yaşadı".

Teleqraf xəbər verir ki, bunu Xalq artisti Rasim Balayevlə vida mərasimində Xalq artisti Şəfiqə Məmmədova deyib.

"Rasim Balayev Azərbaycan kino tarixinə çox böyük töhvələr verib. Adı qızıl hərflərlə yazılıb. Dostluqda çox sadiq və vəfalı idi. Dostları da onu çox sevirdi. Filmlərdə bir çox obrazlar yaratdı və Azərbaycan xalqına miras qoydu. Əsl Xalq artisti idi. Allah rəhmət etsin",-deyə Ş.Məmmədova əlavə edib